Şəhid İsmayıl İrapovun anası: "Elə bil ürəyimi çıxarıblar, yoxdu elə bil ürəyim"

Noyabr ayında sosial mediada bir azərbaycanlı əsgərin erməni silahlıları tərəfindən qəddarlıqla öldürüldüyünü təsvir edən video yayılır. Videolardakı əsgərin əynində Azərbaycan Dövlət Sərhəd xidmətinin forması olduğu görünürdü.

Bu əsgərin kimliyi barədə spekulyasiyalar zaqatalalı İsmayıl İrapovun üzərində dayandı. 18 yaşlı əsgərin belə qəddarlıqla öldürülməsi hər kəsi qəzəbləndirdi və İsmayılın şəkilləri sosial mediada yayılmağa başladı. "BBC News" Azərbaycanca İsmayılın evinə, Zaqatalaya baş çəkdi və öyrəndi ki, videodakı həmin o əsgər İsmayıl İrapov deyilmiş.

DİGƏR XƏBƏRLƏR

Top