Hacı Əliyev uduzdu, Qvarzatilov finalda


Azərbaycanın sərbət güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda finala yüksələ bilməyib.
3 qat dünya və 3 qat Avropa çempionu yarımfinalda Macarıstan təmsilçisi İsmayıl Musukayevə uduzaraq, qızıl medal qazanmaq şansını əldən verib.
Əliyev sabah bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Digər güləşçimiz Əhmədnəbi Qvarzatilov isə 61 kq-da tacikistanlı Muhamad İkromovla qarşılaşıb.
Rəqibinə 8:1 hesabı ilə qalib gələn Qvarzatilov adını finala yazdırıb.

DİGƏR XƏBƏRLƏR

Top