Son 24 saatda Türkiyədə 243 nəfər koronavirusdan ölüb


Türkiyədə koronavirusa yoluxma və ölüm halı sürətlə artır.
Yeniavaz.com
 “worldometers”ə istinadən xəbər verir ki, son 1 gündə kornavirusa yoluxanların sayı 27 min 515 artıb. Ölənlərin sayı isə 243 nəfər olub.
Qeyd edək ki, bu günə kimi Türkiyədə 1 milyon 955 min 680 nəfər koronavirusa yoluxub, 17 min 364 nəfər isə dünyasını dəyişib. Ümumilikdə sağalanların sayı 1 milyon 721 min 607 nəfərdir.

DİGƏR XƏBƏRLƏR

Top