Merkel peyvəndi tapan türk həkimlərə təşəkkür etdi


Bu gün Almaniyanın baş naziri Angela Merkel koronavirus peyvəndini taparaq istifadəyə verən türk professorlarla görüşərək onlara təşəkkürünü bildirib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar sözügedən görüşməni videokonfrans vasitəsilə həyata keçirib.
Merkel görüş vaxtı ölkəsində onlar kimi araşdırmaçı olduğu üçün qürur hissi keçirdiyini bildirib: “İnsanların COVID-19-dan öldüyünü gördükcə, peyvəndinizin dəyərini başa düşürük. Alman hökuməti olaraq, ölkəmizdə sizin kimi tədqiqatçıların olduğunu görmək bizi sonsuz qürurlandırır".
Bundan sonra Merkelin peyvəndi necə belə tezliklə hazırladıqları barədə sualına Özlem Türeci cavab verib: “Həyat yoldaşım Uğur Şahin, Uhandakı ilk yoluxmalardan sonra fəaliyyətə başladı. Dərhal bütün komandamıza və ortaqlarımıza xəbər göndərdik. Bu barədə 24 yanvarda səhər yeməyi vaxtı razılaşdıq və epidemiya ola biləcəyini hesabladıq və işə başladıq" dedi.

DİGƏR XƏBƏRLƏR

Top