Slovakiyada ümumi karantin elan olundu


Slovakiyada koronavirusa yoluxma hallarında ciddi artım qeydə alındığı üçün ümumi karantin elan olunub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Marek Krajki məlumat verib.
19 dekabr şənbə günündən etibarən iş, tibb sahələri və alış-veriş xidmətləri xaricində evdən çıxmaq qadağandır.
Mağazaların əksəriyyətinin bağlanacağı deyilir.
Qeyd edək ki, bu vaxta kimi Slovakiyada 142 min 133 koronavirusa yoluxma, 1378 ölüm halı qeydə alınıb. 102 min 737 nəfər isə sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top