Sentyabrdan axtarılan daha bir əsgərimizin şəhid xəbəri gəldi – Evin tək oğlu idi


Vətən müharibəsində daha bir hərbçimizin şəhid olduğu məlum olub.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına mübarizə apararaq şəhidlik zirvəsinə ucalan əsgərlərimizdən biri də əslən Kəlbəcərdən olan  Məhəmmədəli İsmayıl Mahir oğludur. Gəncə şəhər, Göygöl rayon sakini olan 24 yaşlı gizir M.İsmayıl. Kəlbəcər rayon 58 nömrəli məktəbi bitirib.

Yaxınlarının Yeniavaz.com-a verdiyi məlumata görə, İsmayıl evin tək oğlu idi.
Atası və əmisi kimi hərbçi olan İsmayıl sentyabrın 27-dən döyüşlərdə iştirak edib.
İsmayılın Vətənə olan sevgisi, böyük idi elə məhz bu sevgi də ailəsindən gəlir.
Atası Mahir Mamedov və  əmisi Cabir Mamedov da illərdir Vətənə qulluq edirlər və hal-hazırda Murovdağ yüksəkliyində xidmətlərini davam etdirirlər. 
24 yaşlı şəhidimiz elə atası və əmisinin xidmət etdiyi Murovdağ ətrafında gedən döyüşlərdə iştirak edib.
Sentyabr ayından ailəsi ilə əlaqələri kəsilən İsmayılın, nəşi elə doğulduğu tarixdə, dekabrın 13-də tapılaraq ailəsinə təhvil verilib. Ölümündən sonra Məmmədəli İsmayıl “Vətən uğrunda” medal ilə təltif edilib.
O Göygöl rayon şəhidlər xiyabanında  dəfn olunub.
Allah rəhmət eləsin!
 

DİGƏR XƏBƏRLƏR

Top