Əsgərlərimiz Laçın dəhlizində - VİDEO


Laçın dəhlizi boyunca Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnikasının hərəkət etməsi ilə bağlı videogörüntülər yayılıb.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə əsgərlərimizin hərbi texnikalarla Laçın rayonu boyu irəlilədiyi görünür. Belə ki, orada bəzi mağaza və idarələr işləsə də, bəzi ermənilərin mağazaları yandırdıqdan sonra tərk etdikləri görünür. Eyni zamanda kafelərin içərisini boşaldıb, evlərin damına qədər söküb aparıblar. Bununla da onlar bir daha vandallıqlarını dünyaya nümayiş etdiriblər.
Qeyd edək ki, Laçın dəhlizi 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən Qarabağın qondarma "Dağlıq Qarabağ Respublikası" ilə Ermənistan Respublikası arasında açılan dəhlizdir. 1994-cü ildə Qarabağ müharibəsinin atəşkəs razılaşmasından sonra qondarma DQ Respublikası nəzarəti altındadır. Lakin rəsmi olaraq Azərbaycan Respublikasının Laçın rayonunun bir hissəsidir.

DİGƏR XƏBƏRLƏR

Top