Putin: "Qarabağ Azərbaycanın bir hissəsidir"


Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsindən danışıb. 
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Putin ənənəvi, illik mətbuat konfransında Qarabağ məsələsi barədə danışıb. O bildirib ki, bəzi xarici müdaxilələr səbəbilə dəfələrlə bəzi problemlər və atışmalar baş verib:
“Beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. İnsanların həyatının qorunması, razılaşmaların əsas nəticəsidir, qalanları ikinci dərəcəlidir. Beynəlxalq vasitəçilər sözdən işə keçməli və yerli əhaliyə kömək etməlidir. Məsələni yalnız Rusiyaya buraxmamalıdırlar”. 
Putin həmçinin bildirib ki, əgər tərəflərin razılığı olarsa Qarabağda sülhməramlılarının sayı artırıla bilər.

DİGƏR XƏBƏRLƏR

Top