Ermənistan ordusu bu rayonda tutduqları mövqeləri tərk edəcəklər - FOTOLAR


Sabah saat 17:00-a qədər Ermənistan ordusunun Zəngilan rayonu ərazisində qalan hissələri tutduqları mövqeləri tərk edəcəklər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Qafan rayon bələdiyyəsinin başçısı Gevorq Parsyan təsdiqləyib.
Məlumat üçün bildirək ki, iki gün əvvəl Qubadlı və Zəngilan rayonunun Ermənistanla həmsərhəd bölgələrində yerləşən Rusiya hərbçilərinin  erməni silahlı dəstələrinə xəbərdarlıq etdiyi barədə məlumat yayılıb.
Qeyd olunurdu ki, Ermənistanın Azərbaycanla beynəlxalq sərhədində yerləşən Rusiya Silahlı Qüvvələrinin nümayəndələri onlardan bir-neçə kilometr şərq istiqamətində (Zəngilan rayonu ərazisində -red) mövqe tutan erməni silahlı dəstələrinə xəbərdarlıq edərək ərazini tərk etmədikləri təqdirdə Azərbaycan Ordusunun bir neçə gün ərzində hücum edəcəyini bildirib.
Rusiya hərbçiləri bu hücuma müdaxilə etməyəcəklərini bildiriblər. Səbəb kimi, həmin ərazilərin Azərbaycan sərhədləri daxilində yerləşməsini göstəriblər.
Məlumatda həmçinin qeyd olunur ki, hazırda erməni silahlı dəstələrilə Ermənistanın beynəlxalq sərhədində yerləşdirilən Rusiya silahlı qüvvələrinin nümayəndələri danışıqlar aparır.

DİGƏR XƏBƏRLƏR

Top