Putin: “Koronavirusla bağlı çox söz-söhbət var, bu barədə danışmaq istəməzdim”

Rusiya prezidenti Vladimir Putin dünyada yayılan yeni növ koronavirus baradə yayılan iddialardan danışıb.

Yeniavaz.com “İnterfax”a istinadla xəbər verir ki, Putinə ənənəvi illik mətbuat konfransında yeni koronavirusun mənşəyi barədə məlumatların olub-olmadığı soruşuldu. Putin cavabında hazırda koronavirusla mübarizə aparmaq üçün ölkələr arasında qüvvələri birləşdirməyin daha vacib olduğunu vurğulayıb:

“Koronavirusun yayılması haqda çox söz-söhbət var, bu barədə bütün danışmaq istəməzdim. Çünki,  ittihamlarla bağlı heç bir təsdiqimiz yoxdur. Virusun səbəblərinin araşdırılması üçün tapşırıqlar verilib. Ancaq, bura araşdırmanın necə olmasını müzakirə etməyin yeri deyil”.

DİGƏR XƏBƏRLƏR

Top