Yaddaşını itirsə də döyüşlərdə olanları anbaan xatırlayan qazi: “Birdən başımın arxa tərəfində...” - VİDEO


Vətən müharibəsində döyüşərək qəhrəmanlıq göstərənlərdən biri də gizir Sərvin Cavadzadədir.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, snayperçi olan 24 yaşlı Sərvin yaddaşını itirərək adını xatırlamasa da, döyüşlərdə olanları olduğu kimi təsvir edir:
“Posta dəstəyə qalxdıq, qalxan kimi minaatandan atmağa başladılar. Bir mayorumuzun yanına düşdü və huşunu itirdi. Döyüş yoldaşlarım mayoru xilas edərkən, mən də arxa tərəfdən onları qoruyurdum. Birdən “minamyont” atəşi artmağa başladı. Səngərlərdə oyuqlar var idi, mən də girdim ora. Birdən başımın arxa tərəfində elə bildim dünya dağıldı. Özümü itirmişdim. Döyüş yoldaşım məni ordan çıxartdı. Geri qayıdanda bir yoldaş var idi üzü mənə tanış gəldi. Ona baş verənləri danışdım və dedim ki, ata, ana adı heçnə xatırlamıram. Şəhid kapitan Cəmiyev Aşur mənim alnımdan öpdü və mənə dedi ki, narahat olma, sən bizim fəxrimizsən, hər şey yaxşı olacaq. Məni hospitala göndərmək istəsə də, mən razı olmadım. Postu bizimkilərə təhvil verənə qədər döyüşdüm sonra geri qayıtdıq. Tibbi məntəqəyə aparmaq istəyirdilər, amma mən döyüşmək istəyirdim. Sonra gəldim hospitala. Artıq 2-3 aydr ki, ata, ana, öz adımı xatırlamıram”.
24 yaşlı qazinin atası Talıb Cavadov bildirib ki, digər iki oğlu da Vətən müharibəsində iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top