Peruda güclü zəlzələ baş verib


Peruda 5.6 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin dərinliyi 83,2 kilometrdir.
Yerli seysmoloqlar isə zəlzələnin gücünün 5.5 bal olduğunu deyib. Zəlzələdə itkinin olub-olmaması ilə bağlı hələlik heç bir məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top