Kəlbəcərdə divara yazılan "veçniy Atatürk" sözü Türkiyə mətbuatında – VİDEO


İşğaldan azad edilən Kəlbəcərdə əsgərlərimizdən biri divara Türkiyənin birinici prezidenti Mustafa Kamal Atatürkün adını yazıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Haber Global”ın müxbiri Osman Girgin işğaldan azad edilən Kəlbəcərdən hazırladığı videoreportajda bildirib.  
O qeyd edib ki, Azərbaycan əsgərləri işğaldan azad edilən ərazilərdə divarlarda şüarlar yazmağa davam edir: “Bəziləri doğuldu yerin adlarını, bəziləri sevdiklərinin adlarını, bəziləri də Qarabağ həsrətini yazırlar. Kəlbəcərdə olan əsgərlərdən biri isə türkün atasını divara yazaraq, “Atatürk Veçniy” sözlərini qeyd edib. Yəni, burada Azərbaycan əsgər deyir ki, “Sonsuzadək, əbədiyyən Atatürk””. 
Jurnalist eyni zamanda Tovuz döyüşlərində şəhid olan general-mayor Polad Həşimovun adının verildiyi küçəni də videolentə alıb. 

DİGƏR XƏBƏRLƏR

Top