ABŞ Türkiyənin uzunmüddətli müttəfiqi olmasını istəyir


ABŞ dövlət katibinin köməkçisi R. Klark Kuper Türkiyə ilə bağlı qəbul olunan sanksiyaların ABŞ və Türkiyə arasında yeni bir yol təmin edəcəyini bildirib.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Kuper, Nyu-York
Xarici Mətbuat Mərkəzinin təşkil etdiyi "Seçilən Təhlükəsizlik Tərəfdaşı ABŞ: 2020-ci ilin  vacib məqamları və 2021-ci ilə baxış" brifinqində jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
İki ölkənin müttəfiq olduğunu vurğulayan Kuper, birgə olmağın Türkiyə, ABŞ və NATO-nun xeyrinə olduğunu , həmçinin bu yolda ortaq məxrəcə gəlməyin vacibliyini diqqətə gətirib. O həmçinin qeyd edib ki, Türkiyənin, NATO-nun uzun müddətli müttəfiqi olmasını istəyirlər:
"ABŞ, Türkiyə ilə yaxın ikitərəfli əlaqələr saxlamaq istəyir. Yenə də bu sahədə ortaq məxrəc axtarmamaq bizim maraqlarımıza uyğun gəlmir".

DİGƏR XƏBƏRLƏR

Top