Rusiya Ermənistanın atəşkəsi pozmasını dayandırmalıdır - Çavuşoğlu


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qarabağla bağlı açıqlama verib.
Yeniavaz.com
xəbər verir ki, Çavuşoğlu 24 TV-yə verdiyi müsahibəsi zamanı Qarabağda atəşkəsə nəzarət edilməsi üçün müşahidə məntəqələrinin qısa vaxtda qurulacağını deyib:
“Bu istiqamətdə atılan addımları ev sahibi Azərbaycanla müzakirə edəcəyik. Ən qısa müddətdə müşahidə mərkəzlərini quracağıq. Son günlər Qarabağda Ermənistan atəşkəsi pozdu, Azərbaycan bunun cavabını verdi. Rusiyanın da bu istiqamətdə məsuliyyəti var. Onların atəşkəsi pozmalarını dayandırmalıdırlar”.

DİGƏR XƏBƏRLƏR

Top