Paşinyanın Hadrutda yerləşdirilən sülhməramlı qüvvələr barədə dediklərinə Rusiya Müdafiə Nazirliyindən açıqlama verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə "ria.ru" məlumat yayıb. Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Hadrutun Köhnə Tağlar və Çaylaqqala kəndləri istiqamətində Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən mühasirəyə alındığını bildirmişdi. Məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, Paşinyanın yaydığı bu xəbər yalandır, həqiqəti əks etdirmir.