Qarabağda bu günə qədər zərərsizləşdirilən partlayıcı qurğuların sayı açıqlandı


Rusiyalı mütəxəssislər Qarabağda ərazini minalardan təmizləməyə davam edir.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, rusiyalı mütəxəssislər, bu günə qədər təxminən 200 hektar ərazini və Dağlıq Qarabağdakı 6 mindən çox partlayıcı qurğunu zərərsizləşdirib. Bu barədə Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəsmisi müavini Dmitri Perepelkin jurnalistlərə açıqlamasında deyib.
Perepelkin həmçinin qeyd edib ki, 405 binada partlamamış hərbi sursat olub-olmaması yoxlanılır.

DİGƏR XƏBƏRLƏR

Top