Putin bugün illik mətbuat konfransı keçirəcək


Rusiya Prezidenti Vladimir Putin bu gün "böyük mətbuat konfransı" adlandırılan illik mətbuat konfransı keçirəcək. 
Yeniavaz.com
Rusiya KİV-ə istinadla xəbər verir ki, mətbuat konfransında iştirak etmək üçün 774 jurnalist qeydiyyatdan keçib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bu tədbirin xüsusiyyətləri barədə məlumat verib. Onun sözlərinə görə, mətbuat konfransı zamanı Putin Novo-Oqarevodakı iqamətgahında olacaq və ona sual verən hər kəsi görəcək və eşidəcək. Suallar ənənəvi olaraq xüsusi bir veb sayt və xüsusi tətbiq vasitəsilə toplanır.

DİGƏR XƏBƏRLƏR

Top