Vilayət Eyvazov Cəmşid Hənifəyevi yeni vəzifəyə təyin etdi

Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazov Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyin edib.

Nazirin əmri ilə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı polkovnik-leytenant Cəmşid Hənifəyev Binəqədi rayon DYP Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Cəmşid Hənifəyev bundan əvvəl Səbail rayon DYP Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Binəqədi rayon DYP şöbəsinin rəisi vəzifəsindən azad olunan polis mayoru Mərdan Əliyev isə Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top