"Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi prosesi davam edir" - Rusiya XİN


“Hərbi əsirlərin dəyişdirilməsi prosesi davam edir”.

Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, bugünlərdə Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əsirlərin mübadiləsinin baş tutduğunu xatırladıb.
M. Zaxarova əsirlərin mübadiləsi prosesinin davam etdirildiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top