Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan baş çavuş


Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş çavuşu Babayev Orxan Sədail oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Yeniavaz.com xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, O.Babayev 1994-cü ildə Astara rayonunun Kijəbə qəsəbəsində anadan olub.

O, noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Qeyd edək ki, Orxan Babayev ölümündən sonta "Vətən uğrunda" medalı ilə təltif olunub.

DİGƏR XƏBƏRLƏR

Top