Türkiyədən 136 nəfər minatəmizləyən Azərbaycana gəldi - FOTO

Türkiyə Quru Qüvvələrinin Xüsusi Mina Axtarma Təmizləmə qrupunda (ÖMAT) 136 nəfər Azərbaycana gəlib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabında məlumat verilib.

Məlumatda bildirilir:

"Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə (ÖMAT) qruplarından 136 nəfərlik şəxsi heyət Azərbaycana göndərildi və qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağdakı minalanmış ərazilərin təmizlənməsi üçün işə başladı".

DİGƏR XƏBƏRLƏR

Top