Rusiya Avanqard ballistik raketini aktivləşdirdi


Rusiya Prezidenti Vladimir Putinin məğlubedilməz adlandırdığı Avanqard ballistik raketinin yeraltı anqarda yerləşdirilərək aktivləşdirildiyi bildirilib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu raket keçən il Rusiya ordusunun inventarına daxil olub.
Raket səs sürətinin 27 qatı ilə hərəkət edir. Avanqard eyni zamanda şaquli və üfüqi vəziyyətdə hərəkət edərək, sinfinin ən inkişaf etmiş ballistik raket sistemidir. Rusiyanın 2019-cu il 24-26 noyabr tarixlərində yeni START razılaşmasına əsasən ABŞ-ın nəzarət qrupuna göndərilən raket sistemi ilə əlaqədar rus ordusu hərəkətə keçib.
ABŞ və Rusiya arasında hələ də müzakirələri davam edən, ancaq heç bir razılığa gəlinməyən yeni START razılaşmasının bitmə tarixinə bir neçə ay qalmasına baxmayaraq Avanqard ballistik raketini aktiv hala gətirib. Raket Moskvanın 1478 kilometrliyində yerləşən Ural çayı sahilində olan Orenburq bölgəsində yerləşdirilib.
Qeyd edək ki, sözügedən razılaşmanın vaxtı 2021-ci ilin fevral ayında bitəcək.

DİGƏR XƏBƏRLƏR

Top