Rusiya Azərbaycanın daha 4 müəssisəsindən pomidor idxalına icazə verdi


Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 17-dən Azərbaycanın daha 4 müəssisəsindən pomidor idxalına icazə verib.

Yeniavaz.com Trend-ə istinadən xəbər verir ki, xidmətin məlumatına görə, Kürdəmir rayonunun “Geotermal”, Salyan rayonunun “Gp Alfa greenhouse” və Masallı rayonunun müəssisələrindən, eləcə də Hacıqabul rayonunun “Hajigabul greenhaouse” MMC-dən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təminatı ilə pomidor idxalına yenidən başlanacaq.

Xatırladaq ki, “Rosselxoznadzor” dekabrın 16-dan Xızı rayonunda yerləşən “Aqroterm” MMC-dən pomidor idxalına icazə verib.

DİGƏR XƏBƏRLƏR

Top