Türkiyə yeni hava hücumundan müdafiə sistemi hazırladı


“ASELSAN” və “ROKETSAN” tərəfindən inkişaf etdirilən ilk milli və yerli hava hücumundan müdafiə raket sistemi olan “HİSAR-A+”nın inventara daxil olmadan əvvəl son qəbul testi həyata keçirlib.
Yeniavaz.com
“TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Müdafiə Sənayesi Nazirliyinin (SSB) koordinasiyasında məlumat verib.
Bununla bağlı Müdafiə Sənayesi Nazirliyinin “Twitter” hesabında video təqdim olunub. Videoda “TÜBİTAK SAGE” tərəfindən hazırlanan döyüş başlığının atış zamanı istifadə edilərək yüksək sürətli hədəf təyyarəsinin uzun məsafədən müvəffəqiyyətlə vurulduğu göstərilib.
“HİSAR-A+”nın sınaq atışlarının görüntüləri olan video rəyasət heyəti tərəfindən "İndi HİSAR A + hazırdır. Uğurlar!" deyə təqdim olunub.

DİGƏR XƏBƏRLƏR

Top