Mingəçevirdə reyd keçirilib


Mingəçevirdə ŞPŞ əməkdaşları reyd keçirib.
Keçirilən reydin əsas məqsədi sərtləşdirilmiş karantin rejimi qaydalarına şəhər ərazisində riayət edilməsi məqsədi daşıyır. Reyd zamanı SMS icazəsi olmadan yaşadıqları ünvanı tərk edən, eləcə də tibbi maskadan istifadə etməyən və yaxud tələb olunan normalara uyğun şəkildə taxmayan vətəndaşlar aşkarlanıb. DİN mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Mahir Məsimov keçirilən reyd barədə Yeniavaz.com-a məlumat verərək bildirdi ki, reyd zamanı qaydalara əməl etməyən vətəndaşlar tərəfimizdən aşkarlanaraq barələrində qanuna müvafiq tədbirlər görülüb:
"Bundan əlavə qeyd edim ki, şəhər ərazisində reyd zamanı yaşı 65-dən yuxarı olan vətəndaşlarda aşkarlanıb. Onlarla maarifləndirici söhbətlər aparılıb. Onlara ehtiyac olmadıqda yaşadıqları ünvanları tərk etməmələri tövsiyə olunub. Reydlərin keçirilmsi əsasən maarifləndirmə xarakteri daşıyır. Vətəndaşlara sərt karantin rejiminin tələbləri, tövsiyələri çatdırılır”.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top