Son 15 ildə Azərbaycanda bu qədər işsiz olmayıb - CƏDVƏL


Bu ilin dekabr ayının 1-nə olan məlumata görə Azərbaycanda 365,4 min nəfər işsiz şəxs olub.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin ilk 3 ayında Azərbaycanda işsizlərin sayında heç bir dəyişiklik olmayıb. Koronavirus pandemiyasının yayılmağa başladığı mart ayından başlayaraq ölkədə işsizlərin sayında artım qeydə alınıb. Apardığımız hesablamaya görə, mart ayında ölkədə işsizlərin sayı 3,5 min, aprel ayında 42,7 min, may ayında 7,6 min, iyun ayında 32 min, iyul ayında isə 11,1 min, avqust ayında 5,3 min, sentyabr ayında isə 10,3 min nəfər artıb. Oktyabr ayında işsizlərin sayında 0,7 min nəfər azalma olsa da, noyabr ayında yenidən 1,9 min nəfər artıb.
Onu da bildirək ki, bu ilin dekabr ayının 1-də Azərbaycanda işsizlərin sayı son 15 ilin ən yüksək səviyyəsinə çatıb.
İllər İşszilərin sayı
(min nəfər)
1 yanvar 2006 317,8
1 yanvar 2007 291,2
1 yanvar 2008 281,1
1 yanvar 2009 262,2
1 yanvar 2010 260,2
1 yanvar 2011 258,3
1 yanvar 2012 250,9
1 yanvar 2013 243,1
1 yanvar 2014 236,6
1 yanvar 2015 237,8
1 yanvar 2016 243,7
1 yanvar 2017 252,8
1 yanvar 2018 251,7
1 yanvar 2019 253,8
1 yanvar 2020 251,6
1 mart 2020 251,6
1 aprel 2020 255,1
1 may 2020 297,8
1 iyun 2020 305,5
1 iyul 2020 337,5
1 avqust 2020 348,6
1 sentyabr 2020 353,9
1 oktyabr 2020 364,2
1 noyabr 2020 363,5
1 dekabr 2020 365,4

DİGƏR XƏBƏRLƏR

Top