Separatçıların başçısı Arayik Harutyunyan çox sayda hərbçilərinin əsir düşdüyünü açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Özünü qondarma respublikanın başçısı kimi tanıdan Arayik Harutyunyan bildirib ki, Hadrutun Köhnə Tağlar və Çaylaqqala kəndləri istiqamətində 60-dan çox hərbçiləri əsir götürülüb.
Qeyd edək ki, bir neçə gün əvvəl ermənilər Hadrutda Azərbaycan əsgərinə qarşı təxribat törətmişdi. Bu səbəblə Azərbaycan Ordusu həmin bölgədə anti-terror əməliyyatına başlamışdı.