İngiltərənin məşhur media orqanı Özlem Türeci və Uğur Şahini ilin adamı seçdi


İngiltərənin məşhur qəzetlərindən biri olan “Financial Times” Özlem Türeci və Uğur Şahini ilin adamı seçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qəzetin sosial şəbəkə hesabında paylaşım edilib. Səhifədə bildirilir ki, onlar bu ada dünyanın ən etibarlı ilk COVID-19 peyvəndini hazırladıqları üçün layiq görülüb.
Cütlüyün həm ticari, həm də elmi cəhətdən böyük naliyyətlər əldə etdiyi qeyd olunaraq bildirilib ki, onlar peyvəndin ərsəyə gətirilməsi üçün 1 ildən də az vaxt sərf ediblər.
Qəzetə müsahibəsi vaxtı türk həkim keçmişlərindən və köklərindən çox elmlərindən danışılmasını istədiyini dilə gətirib.

DİGƏR XƏBƏRLƏR

Top