Bu il Azərbaycanda neçə nəfər ölüb? – RƏSMİ AÇIQLAMA


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 52 min 769 nəfər vəfat edib.
Yeniavaz.com
-un açqılanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə vəfat edənlərin sayı 6 min 366 nəfər və ya 13,7% artıb.
Vəfat edən şəxslərin 5 min 774 nəfəri bu ilin oktyabr ayında dünyasını dəyişib. Ötən ilin oktyabr ayında vəfat edənlərin sayı 4 min 386 nəfər olub.
Məlumat üçün onu da qeyd edək ki, ölənlərdən fərqli olaraq doğulanların sayı azalıb. Belə ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 106 min 569 doğum qeydə alınıb. Ötən ilin eyni dövründə bu göstərici 117 min 752 olub.

DİGƏR XƏBƏRLƏR

Top