Türkiyədəki tətbiq olunacaq komendant saatı bu şəxslərə aid edilmir


Türkiyədə COVID-19-a yoluxma hallarının artması səbəbindən yeni il tətilində tətbiq olunacaq komendant saatının turistlərə aid edilməyəcəyi bildirilib.  
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi “RİA Novosti”yə açıqlama verib. O bildirib ki, yeni il ərəfəsində tətbiq olunacaq komendant saatı turistlərə şamil olunmayacaq.
Türkiyədə həmçinin yemək çatdırılma xidmətləri istisna olmaqla, kafe və restoranların fəaliyyəti də dayandırılıb. Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca, İstanbul da daxil olmaqla, Türkiyənin bir çox bölgəsində koronavirus pandemiyasının üçüncü dalğasının yaşandığını bildirib. Son həftələrdə ölkədə COVID-19-a yoluxma və ölüm hallarında rekord göstəricilər qeydə alınıb.
Qeyd edək ki, 14 dekabr tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Yeni il tətili üçün Türkiyədə 31 dekabr 21: 00-dan 4 yanvar 5: 00-a qədər 24 saatlıq komendant saatı tətbiq olunduğunu elan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top