NATO-nun baş katibi ilk dəfə Aİ iclasında iştirak edib


Avropa İttifaqının (Aİ) tarixində ilk dəfə olaraq, NATO-nun baş katibi Aİ Komissiyasının növbəti iclasında iştirak edib.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə NATO tərəfindən açıqlama verilib. Açıqlamada deyilir ki, NATO-nun baş katibi Yens Stoltenberq çıxışı zamanı NATO-nun Avropa İttifaqı ilə əməkdaşlığını daha da gücləndirə biləcəyini vurğulayıb.
İclasın sonunda Aİ Komissiyasının başçısı Ursula von der Leyen və NATO-nun baş katibi Yens Stoltonberq tərəfindən birgə mətbuat konfransı təşkil olunub. Konfransda tarixi iclasda müzakirə olunan məsələlər haqqında məlumat verilib.

DİGƏR XƏBƏRLƏR

Top