
Dünyada yeni növ koroanvirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, dünyada COVİD-19-dan ölənlərin sayı 1 milyon 642 min 230-a, yoluxanların sayı isə 73 milyon 835 min 603-ə çatıb. 51 milyon 842 min 410 nəfər isə müalicə alaraq sağalıb.
Qeyd edək ki, dünya ölkələri arasında koronavirusa yoluxma sayına görə ilk sırada ABŞ dayanır. Həmin ölkədə bu günə qədər 17 milyon 143 min 942 nəfər koronavirusa yoluxub, 311 min 073 nəfər isə ölüb.