Ermənistanın keçmiş baş naziri bu qədər canlı qüvvə itirdiklərini AÇIQLADI


Ermənistanin keçmiş baş naziri Vazgen Manukyan dünən Nikol Paşinyana qarşı keçirilən mitinqdə itirdikləri canlı qüvvə barədə danışıb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadla xəbər verir ki, müxalifət lideri və Ermənistanın sabiq baş naziri Vazgen Manukyan müharibədə 5 mindən çox canlı qüvvə itirdiklərini açıqlayıb. O, baş nazir Nikol Paşinyanı istefa verməyə çağırıb.
Qeyd edək ki, Ermənistan tərəfi hələ də rəsmi rəqəmlərdə itirdikləri canlı qüvvə sayını gizlətməkdə davam edir. Paşinyana qarşı birləşən etirazçıların sayı isə artmaqda davam edir.

DİGƏR XƏBƏRLƏR

Top