“Bu tarixə qədər dünya əhalisinin 25 faizi koronavirus peyvəndi əldə edə bilməyəcək”


ABŞ -ın Cohn Hopkins Universitetinin alimləri yeni növ koronavirus peyvəndi barədə açıqlama verib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, ABŞ -ın Cohn Hopkins Universitetinin alimləri dünya əhalisinin təxminən 25 faizinin 2022-ci ildən tez koronavirus peyvəndi ala bilməyəcəklərini bildirib:
 "COVID-19 peyvəndləri ilə bağlı qeyri-müəyyənlik yalnız onların klinik sınaqlarının hələ də davam etməsindən deyil, həm də hökumətlərin və peyvənd istehsalçılarının daha şəffaf olmamalarından qaynaqlanır."
Amerikalı alimlərin fikrincə, bu günə qədər müvafiq maliyyə imkanlarına sahib olan dövlətlər, pandemiyaya qarşı mübarizədə ən perspektivli hesab olunan peyvənd dozalarının 51 faizini artıq alıblar. Xüsusilə, Avstraliya və Kanada 1 milyarddan çox dozada peyvənd sifariş verib.

DİGƏR XƏBƏRLƏR

Top