Ermənistan KİV: 20-yə yaxın erməni silahlısı mühasirəyə düşüb


Ermənistanın Şirak bölgəsindən Azərbaycan Ordusuna qarşı döyüşmək üçün Xocavənd rayonunun Köhnə Tağlar kəndinə gələn 20-yə yaxın erməni 3 gündür mühasirədədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Arovat” qəzeti yayıb.
“Arovat” yazır ki, Qarabağa gələn erməni “könüllüləri” əsasən Şirak bölgəsindən olan məmurlardı. 3 gündür mühasirədə qaldıqları bildirilən şəxslərin arasında Meqraşat qəsəbəsinin icma rəhbəri Vahram Saqatelyan, Ani bölgəsinin icma rəhbərinin müavini Narek Nikoyan və məktəb direktorları var.
“Arovat” qəzetinə məlumat verən müxalifət liderlərindən biri Karapet Poqosyan bildirib ki, dövlət onların ordan çıxarılması üçün heç bir şey etmir: “Azərbaycanlılar dinc sakinləri sərbəst buraxacaqlarını söyləyirlər, ancaq silahlı dəstələrə icazə verməyəcəklərini bildiriblər”.

DİGƏR XƏBƏRLƏR

Top