Ermənistan müharibədəki itkilərinin sayının çox olduğunu təsdiqlədi


Ötən gün Cəbrayıl və Füzulidən daha 64 erməni əsgərinin meyiti Ermənistana aparılıb.

Bu barədə Qarabağda qardaşını və qardaşı oğlunu axtaran Arsen Qukasyan bildirib.

“İndi (dünən axşam-red) hökumət binasının qarşısındayam, burada yekun vurulur. Bugünkü məlumata görə, 64 meyit gətiriblər. 41-i Cəbrayıldan, 23-ü Füzulidən”, - deyə o bildirib.

Daha əvvəl Ermənistanın Səhiyyə Nazirliyi Qarabağ müharibəsində 3 000-ə yaxın insan itkisinin olduğunu etiraf etmişdi. Ermənistanın səhiyyə nazirinin mətbuat katibi Alina Nikoqosyan bildirib ki, müharibə zamanı öldürülmüş 2 966 erməni hərbi qulluqçunun meyitinin tibbi məhkəmə ekspertizasını keçirilib. Son günlər açıqlanan rəqəmlər ermənilərin itkilərinin sayının 3 000-i ötdüyünü sübut edir.

Daha əvvəl Ermənistanın Müdafiə Nazirliyi Qarabağ müharibəsində ölkənin insan itkisinin sayının az olduğunu iddia edib. Lakin Səhiyyə Nazirliyi bununla Müdafiə Nazirliyinin iddialarını təkzib edib.//report

DİGƏR XƏBƏRLƏR

Top