ABŞ-da yaşayan erməni "elm adamı": "Azərbaycanlı tələbələri universitetlərə buraxmayın" - FOTO


ABŞ-da yaşayan erməni tədqiqatçı ölkə universitetlərinə orada azərbaycanlı tələbələrin təhsil almasına imkan verməməyə çağırıb.

Yeniavaz.com xəbər verir ki, Stanford Universitetinin tədqiqatçısı Tiqran Xalapyan "Twitter" səhifəsində irqçi paylaşımlar edib.

Müraciətində Amerika universitetləri ilə yanaşı bir çox dünyaca məşhur ali təhsil ocaqlarını da azərbaycanlı tələbələri qəbul etməməyə çağırıb.

“Heç bir azərbaycanlı tələbənin ölkələrindən kənar heç bir universitetdə oxumalarına icazə verilməməlidir. Bu müharibə cinayətkarlarını universitet şəhərciklərinizə gətirməyin", - deyə erməni pedaqoq faşist statusu yazıb.

DİGƏR XƏBƏRLƏR

Top