Rusiya sülhməramlıları Eynulla Fətullayevi Xudavəng monastırına buraxmadılar


Rusiya sülhməramlıları "haqqin.az" və "virtualaz.org" saytlarının baş redaktoru Eynulla Fətullayevi Kəlbəcər bölgəsində yerləşən Xudavəng (Dadivank) monastırına buraxmayıblar. Jurnalist işğaldan azad olunmuş ərazilərə işgüzar səfəri çərçivəsində monastırı ziyarət etmək niyyətində olub.
Belə ki, monastırda növbətçi Rusiya sülhməramlıları bildiriblər ki, sülhməramlı qüvvələrin komandanlığının müvafiq icazəsi olmadan heç bir şəxsi içəri buraxmaq ixtiyarına sahib deyillər. Bir neçə gün bundan öncə bir qrup xarici jurnalistlər də Xudavəngə buraxılmayıb.
“Mən monastırda olan erməni ruhaniləri ilə danışmağa çalışdım. Özümü jurnalist kimi təqdim etdim və onlardan müsahibə götürmək istədim. Lakin onlar jurnalistlərlə ünsiyyət qurmadıqlarını bildirdilər", - Eynulla Fətullayev deyir.
Xudavəng monastırı ən məşhur və yaxşı qorunan Alban məbədlərindən biridir. Kəlbəcər rayonunun Vəng kəndinin Tərtər çayının sol sahilində yerləşir. İndiki monastır kompleksi 9-13-cü əsrlərdə inşa edilib. Kəlbəcər rayonu işğal altında olduğu illərdə ermənilər monastır haqqında məlumatları saxtalaşdırmağa və Alban mədəniyyətinin dini abidəsini mənimsəməyə çalışıblar.
 

DİGƏR XƏBƏRLƏR

Top