Rusiyadan ermənilərə xəbərdarlıq: Buranı tərk etməsəniz Azərbaycan Ordusu hücuma keçəcək – ƏRAZİNİN XƏRİTƏSİ


Qubadlı və Zəngilan rayonunun Ermənistanla həmsərhəd bölgələrində yerləşən Rusiya Silahlı Qüvvələrinin nümayəndələri erməni silahlı dəstələrinə xəbərdarlıq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.
Məlumatda bildirilir ki, Ermənistanın Azərbaycanla beynəlxalq sərhədində yerləşən Rusiya Silahlı Qüvvələrinin nümayəndələri onlardan bir-neçə kilometr şərq istiqamətində (Zəngilan rayonu ərazisində -red) mövqe tutan erməni silahlı dəstələrinə xəbərdarlıq edərək ərazini tərk etmədikləri təqdirdə Azərbaycan Ordusunun bir neçə gün ərzində hücum edəcəyini bildirib.
Qeyd olunur ki, Rusiya hərbçiləri bu hücuma müdaxilə etməyəcəklərini bildiriblər. Səbəb kimi, həmin ərazilərin Azərbaycan sərhədləri daxilində yerləşməsini göstəriblər.
Məlumatda həmçinin qeyd olunur ki, hazırda erməni silahlı dəstələrilə Ermənistanın beynəlxalq sərhədində yerləşdirilən Rusiya Silahlı Qüvvələrinin nümayəndələri danışıqlar aparır.

 

DİGƏR XƏBƏRLƏR

Top