İranda son 24 saatda COVID-19-dan 223 nəfər ölüb


İranda son 24 saat ərzində koronavirus səbəbiylə ölənlərin sayı 223 nəfər artaraq, ölkə üzrə ümumilikdə ölüm sayı 52 min 670-ə qalxıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib. Sözçü bildirib ki, son 1 gündə COVID-19-a yoluxanların sayı 7704 nəfər olub.

Qeyd edək ki, İranda ümumilikdə 1 milyon 123 min 474 nəfər koronavirusa yoluxub. 833 min 276 nəfər isə sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top