Rusiya Dövlət Dumasının 5 deputatı yenidən koronavirusa yoluxub.
Yeniavaz.com “lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının sədri Vyaçeslav Volodin məlumat verib. Onun sözlərinə görə, bu vaxta kimi 157 millət vəkili koronavirusa yoluxaraq sağalıb. O, hazırda xəstəxanalarda yenə də müalicə alanların olduğunu da vurğulayıb.
Palatanın sədri 5 deputatın yenidən koronavirusa yoluxmasını narahatedici məqam adlandırıb:
"Ən çox narahatedici məqam 5 deputatın təkrar bu virusa yoluxmasıdır. Antitel işləməyib, onlar yenidən virusa yoluxublar”.
Millət vəkilləri - Oksana Puşkina, Leonid Kalaşnikov, Dmitri Novikov, Dmitri Ionin və Svetlana Maksimovada virus aşkar edilmişdir.
Qeyd edək ki, Rusiyada son 24 saat ərzində 26 min 689 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.