COVID-19 vaksini barədə çox ümidverici nəticələr, yaxşı xəbərlər var - TƏBİB sədri


"Tədqiqatlar davam etdiyinə görə vaksinin effektivliyi və təhlükəsizliyi haqqında hələ tam fikir söyləmək mümkün deyil amma, çox ümidverici nəticələr, yaxşı xəbərlər var".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi növbəti brifinqi zamanı deyib. O bildirib ki, hazırda klinik sınaqlar fazasına daxil olan 30 vaksindən cəmi 7 ədədi 3-cü klinik faza sınaqlarından keçirilir:
“Bunlardan biri, replikasiya olunmayan virus vektoru əsasında hazırlanan vaksinlərdir, 2 belə vaksin var. Digəri inaktivləşmiş virus əsasında hazırlanandır, hal-hazırda klinik fazaya daxil olan 3 belə vaksin var. Virusun RNT maddəsi əsasında hazırlanan 2 vaksin var”. 

DİGƏR XƏBƏRLƏR

Top