Erməni mətbuatı: “Arayik Harutyunyan Paşinyanla əlaqələrini tamamilə dayandırıb”


Erməni mətbuatı separatçıların başçısı Arayik Harutyunyanın baş nazir Nikol Paşinyanla əlaqələrini dayandırdığını yazıb.
Yeniavaz.com
xəbər verir ki, erməni mətbuatında yayımlanan məqalədə bildirilib ki, separatçıların başçısının son günlər atdığı addımların Ermənistandan ayrı yerinə yetirdiyinə diqqət çəkib:
“Arayik bu yaxınlarda Moskvaya qeyri-rəsmi bir səfər etdi, Vitali Balasanyanı lider vəzifəsinə qaytardı, "Rusiyaya şöhrət" adlı sensasiyalı afişanın yerləşdirilməsinə göstəriş verdi, Hadrut bölgəsindəki anklav bölgənin müdafiəsinə qatılmadı, rəsmi İrəvanla məhdud əlaqələr qurur, görüşlərin  Rusiya sülhməramlılarının qərargahında keçirilməsinə icazə verir, ATƏT-in Minsk Qrupunun fransız və amerikalı həmsədrləri ilə görüşməkdən imtina edir. Aydındır ki, Arayik Harutyunyan öz hərəkətlərini Ermənistan Respublikasının rəhbərliyi ilə sinxronlaşdırmağı çoxdan dayandırıb”.
Qeyd edək ki, məqalədə özünü qondarma respublikanın başçısı kimi tanıdan erməninin artıq Paşinyanla əlaqə qurmadığına və Rusiya ilə birgə addımlar atdığına diqqət çəkilib.

DİGƏR XƏBƏRLƏR

Top