Türkiyə Ukrayna üçün hücum pilotsuz təyyarələri istehsal edəcək


Ukrayna və Türkiyə hücum pilotsuz təyyarələrinin istehsalı ilə bağlı bir müqavilə imzalayıblar.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat verib. Ukraynanın Müdafiə Naziri Andriy Taran bildirib ki, türk şirkətləri ilə texnologiya transferi və Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün korvet və pilotsuz hücum sistemləri istehsalına dair müqavilələr imzalanıb. Sənəd Türkiyənin Müdafiə Sənayesi İdarəsinin prezidenti İsmayıl Dəmirin başçılıq etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri zamanı imzalanıb.
Xatırladaq ki, 2019-cu ildə Kiyev, Türkiyənin Roketsan şirkətindən Bayraktar TB2 alaraq test edib. Qeyri-rəsmi məlumatlara görə, bu müqavilənin məbləği 69 milyon dollar idi.

DİGƏR XƏBƏRLƏR

Top