Həsən Ruhani: "İran yenidən nüvə razılaşmasına qayıda bilər"


İran prezidenti Həsən Ruhani keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Həsən Ruhani İranın nüvə razılaşmasına yenidən qayıtması üçün şərtlər irəli sürüb. Ruhani bu mərhələninin ABŞ-dan asılı olduğunu bildirib:
“Əgər ABŞ-ın yeni seçilən prezidenti Cozef Bayden 2018-ci ildən əvvəlki vəziyyətə qayıtsa o zaman Tehran nüvə razılaşmasının müddəalarının tam yerinə yetirilməsinə qayıdacaq. Bu istiqamətdə heç bir problem yoxdur”. 
Qeyd edək ki, İran bu mərhələyə ABŞ-ın istirakı olmadan qayıtmaq istəyir. Razılaşmada isə Rusiya, Çin, Almaniya, İngiltərə və Fransanın iştirakı nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top