Onik Qasparyan Paşinyanın əmrinə məhəl qoymadı: "Baş qərargah rəisi olduğum müddətdə…"


Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Onik Qasparyan Baş nazir Nikol Paşinyanın əmrinə məhəl qoymayıb.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın "Hraparak" qəzeti yazıb. Mətbuat orqanı bildirib ki, bu məlumatı Müdafiə Nazirliyindəki etibarlı mənbədən əldə ediblər. Xəbərdə qeyd olunur ki, bir neçə gün əvvəl Baş nazir Nikol Paşinyan Onik Qasparyanla əlaqə saxlayıb və xüsusi əhəmiyyətli obyektlərin qorunmasını təmin etmək üçün onun bir əmri ilə qoşunları şəhərə endirməyə hazır saxlamasını istəyib.
O. Qasparyan isə bildirib ki, Baş qərargah rəisi olduğu müddətdə ordunun daxili siyasi proseslərə qarışmasına və şəhərə gətirilməsinə icazə verməyəcəyini bildirib.
Qəzetin verdiyi məlumatda bildirilir ki, söhbət burada başa çatıb. Bundan sonra Gasparyan Müdafiə naziri Vaqarşak Harutyunyanla əlaqə saxlayıb və bəhsi keçən dialoq barədə ona məlumat verib. Həmçinin, Harutyunyandan Paşinyan eyni əmri verdiyi təqdirdə onun verdiyi cavabı verib-verməyəcəyini soruşub. Nazir isə bu barədə Baş nazirlə danışacağına söz verib.
Xatırladaq ki, erməni juranlist və "News Media" holdinqinin qurucusu Aram Qabriyelyan bir neçə gün əvvəl bu barədə yazmış və naməlum telefon danışığı bitdikdən sonra Paşinyanın O. Qasparyanı xain adlandırdığını bildirmişdi:
"Həkimlərin təhlükəsizlik işçilərinə verdiyi yeganə tövsiyə, Paşinyanın içməsinə icazə vermək və pis xəbərlərdən təcrid etməkdir. Dünən (11 dekabr - red.) Hadrut barədə eşidən kimi əməkdaşlardan birini çağırıb telefonla kiməsə zəng etdi əsəbi halda danışdı. Telefonu qoyduqdan sonra qışqırmağa başladı. Onik Qasparyanı xain kimi qovacağını deyirdi. Hökumət binasındakı dəlixana idi. Polis, şəxsi təhlükəsizlik, müavinlər, təcili yardım həkimləri ora-bura qaçırdılar. Nikol isə dayanmadan qışqırırdı".

DİGƏR XƏBƏRLƏR

Top