Türkiyə sanksiyalara görə, ABŞ-a cavab verəcəyini bildirdi


Türkiyə Rusiyadan S-400 zenit raket sistemləri alması səbəbilə tətbiq olunan sanksiyalarla bağlı ABŞ-a cavab verəcəyini bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə rəsmiləri sanksiyalara görə, ABŞ-a cavab verəcəklərini bildirib:
"ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalarını daxil olduğu S-400 hava müdafiə sistemlərinin tədarükü ilə əlaqədar bu gün açıqladığı qərarı qınayırıq və rədd edirik. ABŞ bu məsələni dialoq yolu ilə həll etmək təklifimizlə razılaşmayaraq birtərəfli sanksiyalara əl atır. ABŞ-ı bu gün elan edilmiş ədalətsiz qərara yenidən baxmağa dəvət edirik”. 
Qeyd edək ki, ABŞ dünən Türkiyə Müdafiə Sənayesi İdarəsinə və bir neçə rəsmi şəxsə sanksiya tətbiq etmək barədə qərar verib. 

DİGƏR XƏBƏRLƏR

Top