Koronavirusun müalicəsində istifadə edilən dərmanlar niyə tapılmır? - VİDEO


Koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda virusun ağrısı bir yana, müalicə zamanı dərman tapmaq da müşkülə çevrilib. Çox sayda vətəndaşlar dərmanların tapılmadığını, ya da baha qiymətə satıldığını iddia edirlər. Apteklərdə isə cavablar müxtəlifdir.

Dərmanların qiymətləri məsələsindəki bu qeyri-müəyyənlik Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini hərəkətə keçirib.

Qeyd edək ki, dərmanların satış qiymətini Tarif Şurası müəyyən edir. Dövlət qeydiyyatından keçən dərmanların təsdiq olunmuş qiymətdən fərqli qiymətə satılmağı qadağandır. Belə hallara görə məsuliyyət tədbirləri nəzərdə tutulur.

Reyd zamanı şahidi olduğumuz faktlardan biri də bu oldu ki, apteklər adətən reseptdə yazılan dərmanların əvəzedicilərini təklif edirlər. Görünür bu da problemi həll etməyin yeni növüdür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


(Xəzərxəbər)

 

DİGƏR XƏBƏRLƏR

Top