Rusiyalı general: “Azərbaycanın səlahiyyətli orqanlarına 12 nəfər təhvil verilib”

Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov bu gün həyata keçirilən əsirlərin mübadiləsi barədə təfərrüatları açıqlayıb:
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən, “hamının hamıya” prinsipi ilə əsirlərin mübadiləsi həyata keçirilib. Nəticədə, şəxsi nəzarətim altında Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi ilə 12 nəfər Bakıya gətirilib və Azərbaycanın səlahiyyətli orqanlarının nümayəndələrinə təhvil verilib. Azərbaycan tərəfi isə 44 nəfəri Ermənistana qaytarıb. Rusiya sülhməramlıları üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə töhfə verməyə davam edəcəklər”.

DİGƏR XƏBƏRLƏR

Top